Bakının mərkəzi küçələrində tıxac var – SİYAHIbackend

Bakının mərkəzi küçələrində tıxac var - SİYAHI

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi adlanan istiqamət üzrə sıxlıq müşahidə olunur.

Alı Mustafayev küçəsi (köməkçi yol) – (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıqdır.

Akademik Həsən Əliyev küçəsi – (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.

Qeyd: Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra – əsas yolda) 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlığın əsas iki səbəbi var:

1) Nəqliyyat vasitələrinin çoxluğu;

2) Nəqliyyat vasitələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra üç zolaqlı yoldan yol ötürücüsünün üzərinə doğru iki zolaqlı yola daxil olması (yol-nəqliyyat hadisəsi olmadığı vaxtlarda).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*