Balakən sakini bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Kortala kəndində baş verib. Kortala kənd sakini, 1962-ci il təvəllüdlü Musa Məhəmmədiyə oğlu Abdulrəhmanov yaşadığı ünvanın həyətyanı sahəsində meyvə yığan zaman ehtiyatsızlıqdan ağacdan yıxılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Musa Abdulrəhmanov hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.//APA
