Keçmiş qaydasız döyüş ustası, kanadalı Jorj Sen-Pyer rusiyalı idmançı Həbib Nurməhəmmədovla baş tutmayan yarışı haqqında fikrini bildirib.
Konkret.az xəbər verir ki, Sen-Pyer bu barədə Kanadada fəaliyyət göstərən TSN radiosunda çıxış edərkən deyib.
38 yaşlı idmançı bildirib ki, onun komandası artıq Həbibə qarşı döyüş təşkil etməyə cəhd göstərib, ancaq UFC təşkilatı bu ideyaya qarşı çıxıb. “Əgər mənə irs üçün döyüş lazımdırsa, bu Nurməhəmmədovla yarış olmalıdır. Mənə görə, o, dünyanın ən yaxşı döyüşçüsüdür. O, bir dəfə də uduzmayıb, zəiflik göstərməyib. Heç kimə müyəssər olmayıb ki, onun üzərində qələbəyə yaxın olsun. Ona görə də mənə belə bir döyüş maraqlıydı”, – Sen-Pyer bəyan edib. Kanadalı döyüşçü özünün çevikliyini rusiyalı idmançıdan əsas üstünlüyü saydığını deyib
.
Bu ilin fevralında Nurməhəmmədov media vasitəsi ilə Sen-Pyerə müraciət edərək onunla döyüşmək istədiyini bildirmişdi. Həmin ay isə kanadalı UFC-də karyerasını bitirib.

Rusiyalı idmançının komandasında dəfələrlə vurğulayıblar ki, UFC çempionu ilə döyüş vacibdir. Həbibin atası Abdulmanaf Nurməhəmmədov Sen-Pyerlə döyüşü oğlunun bütün katyerasının məqsədi adlandırıb.
Sen-Pyer iki dəfə yarımorta, bir dəfə isə orta çəkidə UFC çempionu titulunu qazanıb. O, 27 qələbə qazanıb və iki dəfə məğlub olub.
Nurməhəmmədov yüngül çəkidə UFC çempionudur. Rusiyalı idmançı çəki kateqoriyaıarı nəzərə alınmadan təşkilatın ən yaxşı döyüşçülər reytinqində ikinci yerdədir. Onun aktivində 27 qələbə var və heç bir məğlubiyyət yoxdur.
Konkret. az
