Baycan doğum haqqında şəhadətnaməsini aldı – FOTObackend

Baycan doğum haqqında şəhadətnaməsini aldı - FOTO

İranda Baycan adlı körpə məhkəmənin qərarı ilə doğum haqqında şəhadətnamə alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baycanın atası Ramin Cəbrayıl özü məlumat verib.

Xatırladaq ki, Şərqi Azərbaycan Qeydiyyat və Status İdarəsi körpəyə türk adının qoyulası ilə əlaqədar doğum haqqında şəhadətnamə verməkdən imtina edirdi.

2 aya yaxın davam edən məhkəmə prosesindən sonra azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verilib.

Qeyd edək ki, bu yaxınlarda İranda uşaqlara türk adlarının verilməsi qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*