Bayden imzaladı: ABŞ Rusiyadan uran idxalını qadağan edirbackend

Bayden imzaladı: ABŞ Rusiyadan uran idxalını qadağan edir

ABŞ prezidenti Co Bayden Konqresdə Rusiyadan aşağı zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, məlumat Ağ Evin saytında dərc olunub.

Qanun imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək. 2028-ci ilin yanvar ayına kimi ABŞ Energetika Nazirliyi başqa tədarük mənbələri olmadıqda Rusiya Federasiyasından idxala icazə verə biləcək. Məhdudiyyət 2040-cı ilə qədər qüvvədə qalacaq. Nümayəndələr Palatası qanunu 2023-cü ilin dekabrında, Senat isə 2024-cü ilin mayında təsdiqləyib.

İlin əvvəlində ABŞ Yaponiya, Fransa, Böyük Britaniya və Kanada ilə birlikdə aşağı zənginləşdirilmiş uranın istehsalını qurmağı planlaşdırdığını açıqlamışdı. Rusiya Federasiyasından ABŞ-a tədarükün payı hazırda təxminən 20% təşkil edir.

Rosatom hesab edir ki, bu cür sanksiyalar “nüvə yanacaq dövriyyəsinin mal və xidmətləri üçün qlobal bazarın davamlı fəaliyyəti üçün dağıdıcıdır”. Rusiya dövlət korporasiyasının fikrincə, qərar son nəticədə nüvə enerjisi sənayesindəki vəziyyətə mənfi təsir göstərəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*