ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin noyabrın 15-də San-Fransiskoda ikitərəfli görüş keçirməyi planlaşdırırlar.
KONKRET.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda ABŞ və Çin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq görüşə son hazırlıq işləri görür.
Agentlik əlavə edib ki, bununla belə, Çin hələlik Si Cinpinin sammitdə iştirakını rəsmən təsdiqləməyib.
Oktyabrda Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirmişdi ki, Bayden Si Cinpin ilə San-Fransiskoda görüşü səbirsizliklə gözləyir və Vaşinqton bunu razılaşdırılmış hesab edir.
Karin Jan-Pyer bildirib ki, prezidentlərin planlaşdırılan görüşü fonunda ABŞ Çinlə bağlı siyasətini dəyişməyəcək.
Ariz Həsənoğlu,
KONKRET.az
