Kartlardan pul niyə silinib? ABB məsələyə aydınlıq gətirdibackend

Kartlardan pul niyə silinib? ABB məsələyə aydınlıq gətirdi

Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş problemlə bağlı açıqlama yayıb.

ABB-dən KONKRET.az-a verilən açıqlamada bildirilib ki, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.

Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq.

Xatırladaq ki, bu gün Azərbaycan Beynəlxalq Bankının kartlarından pul silinməsi halları müşahidə olunub.

Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*