Bayden və Trampın prezident seçkilərinə yolu açılırbackend

Bayden və Trampın prezident seçkilərinə yolu açılır

ABŞ-nin Corçiya ştatındakı ilkin seçkilərin nəticələri Co Bayden və Donald Trampın namizədlik şanslarını artırıb.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, martın 12-nə olan məlumata görə, Baydeni 1867 nümayəndə, martın 13-nə olan məlumata görə, Trampı 1228 nümayəndə dəstəkləyib.

Baydenin namizədliyinin dəstəklənməsi üçün nümayəndələrinin sayı 1975-ə qədər arta bilər. Bu namizədlik üçün tələb olunan 1968 nümayəndə həddini keçir.

Trampa isə seçkilərdə iştirak etmək üçün lazım olan nümayəndə sayına çatıb. Ona namizəd kimi 1215 nümayəndə tələb edilir.

İlkin seçkilərin nəticələrinə əsasən, nümayəndələr partiyanın ümummilli qurultayına göndərilir və burada partiyanın prezidentliyə vahid namizədi müəyyən edilməlidir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*