ABŞ prezidentinin oğlu Hanter Bayden iyunun 3-də məhkəmə qarşısına çıxarılacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Delaver ştatındakı məhkəmənin münsiflər heyəti ABŞ prokurorları tərəfindən Baydenə qarşı irəli sürülən ittihamları təsdiqləyib.
2018-ci ildə “Kolt Kobra” tapançasını alarkən Hanter Bayden narkotik vasitə qəbul etmədiyi barədə yalan ifadə verib.
Xatırladaq ki, Hanter Baydeni ittiham olunduğu iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250.000 dollar cərimə, üçüncü maddə üzrə isə maksimum 5 il həbs cəzası və 250.000 dollar məbləğində cərimə gözləyir.
Prokurorlar işə baxılmasının üç gündən dörd günə qədər çəkəcəyini, vəkillər isə prosesin iki gündən çox davam edə biləcəyini güman edirlər.
Xatirə SADİQ,
KONKRET.az
