Türkiyənin Baykar şirkəti 2025-ci ildə ilk peykini kosmosa göndərməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Səlcuq Bayraktar bildirib.
“Bizim kosmik təşəbbüsümüz üzərində iş 1,5 ildir ki, davam edir. Biz hamının getdiyi yerə getmirik, gələcəyi təsəvvür edirik və bu gündən o gələcək üçün yarışmağa hazırlaşırıq. Şirkətimiz aşağı orbitli komanda peykləri və orbital nəqliyyat vasitələri üzərində işləyir. 2025-ci ildə ilk peykimizi kosmosa göndərəcəyik”, – deyə Bayraktar qeyd edib.
Onun sözlərinə görə, şirkət qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək peyk hazırlayacaq.
“Biz həmçinin kosmik texnologiyada orbital nəqliyyat vasitələri üzərində işləyirik”, – Bayraktar əlavə edib.
Ariz Həsənoğlu,
KONKRET.az
