Belçikada qrip epidemiyası səbəbindən 20 min quş məhv edildibackend

Belçikada qrip epidemiyası səbəbindən 20 min quş məhv edildi

Belçikanın şimal-qərb hissəsindəki quşçuluq fermasında yüksək patogenli quş qripi H5N1 virusu yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) məlumat yayıb.

Məlumata görə, mövsümdə ilk dəfə qeydə alınan epidemiya Fransa yaxınlığındakı Dixmoydda aşkar edilib.

Bildirilir ki, virus nəticəsində artıq 95 quş ölüb və qalan 20,100 quş sürüsü isə məhv edilib.

Qeyd edək ki, ötən illərdə yüz milyonlarla quşun ölümünə səbəb olan quş qripi Avropanı adətən payız və qış aylarında vurur.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*