Benzia millidə qol vurdubackend

Benzia millidə qol vurdu

Əlcəzair millisi “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Boliviya ilə qarşılaşıb.

KONKRET.az xəbər verir ki, görüşdə Əlcəzair millisi 3:2 hesablı qələbə qazanıb.

“Qarabağ”ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin heyətində iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub və 79-cu dəqiqədə komandasının 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Əlcəzair qələbə qolunu rəqib qapısından keçirib.

Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*