“Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik”.
KONKRET.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” hesabında bildirib.
“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli və eyni zamanda çətin bir yolla gedirlər. Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik. Beləliklə, yaralar sağalar və insanlar sülh qazanar. O istiqamətə gedən yolda hər metr önəmlidir”, – almaniyalı nazir vurğulayıb.
