Tramp ŞOKDA: İran ABŞ-dan görün nə TƏLƏB ETDİbackend

Tramp ŞOKDA: İran ABŞ-dan görün nə TƏLƏB ETDİ

İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri-Qani ABŞ-ın xaricdə dondurduğu İran aktivlərini qeyd-şərtsiz Tehrana qaytarmalı olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

“Biz ABŞ tərəfindən dondurulmuş bütün İran aktivlərinin blokdan çıxarılmasına çalışırıq və bu, İran xalqının qanuni hüququdur”, – deyə Baqiri vurğulayıb.

İran rəsmisinin sözlərinə görə, ölkəyə məxsus maliyyə vəsaitləri tam həcmdə və heç bir şərt olmadan geri qaytarılmalıdır.

Bəyanat ABŞ Prezidenti Donald Trampın İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi müqabilində Amerika sanksiyalarının yumşaldılması variantını qəbul etmədiyini söyləməsindən sonra səslənib. Tramp bildirib ki, Tehran yüksək zənginləşdirilmiş uranı təhvil verə bilər, lakin bu, sanksiyaların yumşaldılması qarşılığında baş verməyəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*