“Beşiktaş” klubu “Qazprom”dan 78 milyon avro ALACAQbackend

"Beşiktaş" klubu "Qazprom"dan 78 milyon avro ALACAQ

Rusiyanın “Qazprom” şirkəti Türkiyənin “Beşiktaş” futbol klubuna qarşıdakı 3 ildə 78 milyon avro ödəyəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sövdələşmə müqavilənin iki il müddətinə uzadılmasını nəzərdə tutur.

Məlumata görə, müqaviləyə “Qazprom”un loqosunun klubun formalarında yerləşdirilməsi və öz stadionlarının adının dəyişdirilməsi daxildir.

Qeyd edək ki, hazırkı müqaviləyə əsasən, İstanbul stadionunun ad hüququ “Vodafone”a məxsusdur. Onunla müqavilə 2013-cü ildə, arenanın açılışından üç il əvvəl imzalanıb və “Beşiktaş”a ildə təxminən 6 milyon avro qazandırıb.

Aprel ayında bildirilib ki, Rusiya şirkəti futbol komandasına sponsorluq edə bilər.

Xatırladaq ki, “Beşiktaş” bu mövsüm Türkiyə Superliqasında üçüncü pillədə qərarlaşıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*