Bəzi dövlət qurumlarının saytlarında problem yarandıbackend

Bəzi dövlət qurumlarının saytlarında problem yarandı

Hazırda Azərbaycanın bir sıra dövlət qurumlarının saytlarına girişlə bağlı problemlər yaranıb.

KONKRET.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin, Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin saytları fasilələrlə işləyir.

Belə ki, son 30-40 dəqiqədən çoxdur bu saytlara giriş ya mümkün olmur, yaxud da onlar çətinliklə açılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova məsələ ilə bağlı bildirib ki, saytların açılmamağı ilə bağlı nazirliyə nə rəsmi, nə də qeyri-rəsmi müraciət edilməyib: “Bu cür hallar adətən yüklənmə prosesində olur. Sizin müraciətinizdən sonra Elektron Təhlükəsizlik Xidmətinə araşdırılması üçün müraciət edəcəyik. Hazırda NRYTN-nin saytını yoxladıq, heç bir problem yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*