Xarici markalar həyatımızı tam zəbt ediblər və bir çoxlarının adları ölkəmizdə artıq dillər əzbəridir. Ancaq bu və ya digər bir şirkətin qurulduğu ölkənin dilinin xüsusiyyətlərini bilmədən, adının düzgün tələffüzündə çox səhv ola bilər. Hamının yaxşı tanıdığı cakuzi və fotoşop kimi tanış şeylərin arxasında isə, ümumiyyətlə, xüsusi hekayələr var.
Ona görə də hazırda ölkəmizdə kifayət qədər məşhur olan marka adlarının əslində necə çağırılmalı olduğunu öyrəndik. Bugünkü seçimdə sizə 15 brendlə yanaşı mobil mesencerlərdə və internetdə fenomen olan bir bonusu sizə təqdim edirik.
1. Pierre Cardin

Məşhur dizaynerin soyadı fransız dilinin qaydaalrına görə səslənməlidir, bu halda ikinci hecada i hərfi a səsini ifadə edir.

2. Huawei

Çinin ən məşhur brendinin adı isə ölkəmizdə ilk günündən səhv tələffüz olunur: doğru variant isə 3 deyil, cəmi 2 hesadır, çünki ilk hərf oxunmur, U isə V kimi səslənir.

3. Xiaomi

Ucuz və keyfiyyətli smartfon istehsalçısının adı səhvən ingiliscə tələffüz olunur, yəni ilk hərf KS deyil, Ş səsini verir. Bunu şirkətin vitse-prezidenti Xyuqo Barra da təsdiq edib və ingiliscədən oxşar ifadəni səsləndirib – “Show me” (Göstər mənə).

4. Balmain

1980-ci ildən İsveçrə saatları istehsal etməyə başlayan Fransanın məşhur Moda Evinin əsası modelyer модельером Pyer Balman tərəfindən qoyulub. Franslz dilində “ain” üçlüyündə ortadakı səs düşür, L hərfi isə incə tələffüz olunur.

5. Chopard

Yenə də fransız dilinin qaydaalrına görə ilk iki hərfin birləşməsi Ş səsini verir, sonuncu D hərfi isə, ümumiyyətlə, oxunmur.

6. Evian

Dünyanın ən məşhur mineral su istehsalçısının adı da fransız dilinin qaydalarına uyğun oxunmalıdır.

7. Jacuzzi

Amerikanın məşhur hidromassaj vanna istehsalçısının adı da səhv tələffüz olunur. Hazırda ilk dəfə belə vanna istehsal edən şirkətin adı bütün bu növ vannalara şamil edilir. Amma şirkətin qurucusu italyan olduğu üçün onun soyadı bir qədər fərqli tələffüz olunur.

8. Adobe

Dünyanın bir nömrəli qrafik redaktorunun adı da ölkəmizdə düzgün tələffüz olunmur. Məsələ ondadır ki, əslən gil və samandan hazırlanmış “adobe” ispan sözüdür. Bəs bu kərpicin şirkətlə nə əlaqəsi var? Sən demə, şirkətin qurucusu Kaliforniyada Adobe Creek (Gilli çay) deyilən yerin yaxınlıında yaşayırmış və bu adı şirkətinə gətirib.

9. Hennessy

Baxmayaraq ki, tarixən məşhur konyak brendinin əsasını irlandiyalı Riçard Hennessi qoyub, brendin adını fransız ənənəsinə uyğun tələffüz etmək qəbul olunub…

10. Burberry

Məşhur bej rəngli qumaşdan hazırlanan məhsullar, dünyada uzun müddətdir ki, insanların diqqətini çəkir. Lakin markanın adı bir çox yerlərdə, o cümlədən ölkəmizdə düzgün səslənmir. İngilis dilinin qaydalarına görə qurucunun soyadında Ö səsi var.

11. Clarins

Bu kosmetik markanın adı səhvən orfoqrafiyaya görə “Klarins” olaraq tələffüz olunur. Lakin düzgün marka adında “a” “e”, “i” isə “a” kimi səslənməlidir.

12. Diesel

Bu brendin məşhur yanazaqla heç bir əlaqəsi yoxdur, qurucusu da Almaniyadan deyil, İtaliyadandır, ona görə də tam fərqli səslənməlidir, sonda L səsi isə incə tələffüz olunmalıdır

13. UGG

Əsrin əvvəlində bütün rekordları qırmış ayaqqabı şirkətinin adı da səhv tələffüz olunur – isti Avstraliyada soyuq hava ayaqqabıları buraxan şirkətin adında ilk səs u deyil, məhz a kimi səslənməlidir.

14. Hublot

Lyuks sinfinə məxsus saatların istehsalçısı İsveçrədə yerləşir və adı da fransız ətrzinə uyğun səslənir, yəni U incələşir, T isə oxunmur.

15. Miu Miu

İtaliyanın məşhur paltar və parfüm brendinin adında da incələşmi U səsi var. Bu ad brendinin qurucusu Miuççi Paradanın adından götürülüb.

Bonus: GİF

Tez-tez dostlara-tanışlara qifkalar göndəririk. Amma bu şəkil formatnın düzgün səslənməsi “qif” deyil “cif” olmalıdır.

Bəs siz yuxarıdakı sözlərdən hansını səhv tələffüz edirdiniz?
