Xudatda piyadanı motosiklet vurub. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında baş verib. Vasif adlı şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu keçən Xudat şəhər sakini 1954-cü il təvəllüdlü Bağırov Sabir Hüseynəli oğlunu vurub.
Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan yaralı stasionar müalicə üçün xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır. Digər bir yol-nəqiyyat hadisəsi isə həmin rayonun Qobuqırağı kəndi ərazisində baş verib.
Kənd sakini idarə elədiyi avtomobillə 2015-ci il təvəllüdlü Mahmudova Gulay Vugar qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanadan Konkret.az saytına verilən məlumata görə, uşağın vəziyyəti kafidir.
Cəlal Fərzəliyev,
Konkret.az
