“….Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir…”
Bu sətirlər Respublika Prezidentinin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında etdiyi çıxışından götürülüb. Ölkə başçısı həyəcan təbili çalır, xalqa-yəni bizlərə səslənir. Səslənir ki, vəziyyətin ciddiliyini dərk eliyək. Özümüzü və sevdiklərimizi dəhşətli COVID-19-dan qoruyaq. Qorunmanınsa tək yolu şəxsi gigiyenadır, edilən tövsiyə və xəbərdarlıqlara riyaət etməkdir.
Amma çox təəssüf ki, çoxumuz şəxsi eqomuz üzündən ictimai təhlükə yaradırıq. Təsadüfi deyil ki, koronoviriusa yoluxmada hər gün dinamika var, ölüm sayı hər gün artır. Artıq hər birimizin çevrəsində bədnam virusa yoluxanlar var. Lakin yenə də məsuliyyətsizliyimizdən əl çəkmirik. Doğrudanmı, maskalı gəzmək bu qədər çətindir?! Yoxsa, maska bizi çirkin göstərir?! Bilmirəm…
Bildiyimsə odur ki, koronovirus pandemiyasından qorunmağın tək yolu maska taxmaq və ictimai yerlərdən qaçmaqdır. Bunu mən demirəm…
Bunu Ümumdünya Səhiyyə Təşkilatı deyir. Bunu bədnam pandemiyadan az itki ilə çıxan dövlətlərin təcrübəsi deyir. Elə isə gəlin, deyilənləri eşidək. Ən azı son deyilənləri. Çünki əvvəllər çox şeylər deyildi, çox dezinformasiyalar yayıldı. Bunları isə unudaq. Onu unudaq ki, əvvəllər deyilirdi ki, bu virus təmasdan, toxunuşdan keçir. Bu gün bəlli oldu ki, xeyr. Bu virus digər qrip növləri kimi havadan da keçə bilir.
Belə olmasa idi 3-4 ay bundan qabaq sərhədlərini bağlayan ölkələr, o cümlədən Azərbaycan buna çoxdan qalib gələrdi. Deməli, müəyyən maraqlara görə, Ümumdünya Səhiyyə Təşkilatı yenə də əhalini aldatdı, fikirləri çaşdırdı. Onsuz da bu təşkilatın fəaliyyətindəki qaranlıq məqamlar haqqında dünya mətbuatında çox deyilib. Dünyanın dərman mafiyalarının əlində oyuncaq olan bu qurum heç də hər zaman doğrunu söyləmir.
Ona görə də gəlin, heç kimə yox, ÖZ PREZİDENTİMİZƏ, ÖZ RƏHBƏRİMİZƏ inanaq. Maska taxaq…
Artıq hamıya bəllidir ki, COVİD-19 xüsusi labarotoriyalarda hazırlanmış bioloji silahdır. Bu silah dövlətlərin zəif salınması və sürətlə artan dünya əhalisinin sayınının azaldılması üçün hazırlanmış bir layihədir. Belə olmasa idi, aparıcı dünya dövlətləri bir-birini bu virusa görə düşmən kimi təqdim etməzdi. Bu gün ABŞ Çini, Çinsə ABŞ-ı birmənlı şəkildə virusun yaradıcısı və yayıcısı kimi ittiham edir. Belə olmasa idi, Bil Qeyts və digər milyarderlərin adı bu bədnam olayda hallanmazdı. Deyilməzdi ki, COVİD-19 65 yaşdan yuxarı insanlarının ölümünü tezləşdirmək üçün bir vasitədir.
Hələ onu demirəm ki, aprel ayında rəsmi Ağ Ev bəyan etdi ki, bu virusdan ABŞ-da ən azı 200 min, dünyada isə milyonlarla adam tələf olacaq… Bu gün ABŞ 200 minlik hədəfə doğru “inamla” irəliləyir. Görəsən Ağ Ev nə qədər insanın tələf olacağını hardan bilirdi?! Bax burda, torbada pişiyin olması apaydın görsənir…Ona görə də əziz oxucu, gəlin millətimiz və gələcəyimiz üçün bir olaq, Prezidentimizin səsinə hamılıqla səs verək. Bədnam xəstəlikdən az itki ilə çıxmağa nail olaq. Yoxsa çox böyük faciələrlə, itkilərlə üzləşə bilərik. Çünki bu pandemiya dünya virusoloqlarının bütün ehtimallarını yerlə bir etdi. Virusoloqlar deyirdi ki, 27 dərəcə istidə bu virus ölür. Bəs nə oldu?!
Bu gün Azərbaycanda havanın orta temperaturu 27-ni keçib. Bəs virus niyə yox olmur? Hələ Körfəz ölkələrin demirəm. Hər gün temperator 40 dərəcədən yuxarı olan Səudiyyə Ərəbistanında yoluxmalar hər gün antirekordlarla təzələnir.
Bu ölkədə bu virusa yoluxanların sayı artıq 200 minə çatmaq üzrədir. Hələ Qətəri demirəm. Bu balaca ölkədə yayın cırhacır istisində 90 min adam bu virusa yoluxub. Deməli, məşhur lətifədə deyildiyi kimi, bu nə xoruzdu, nə toyuq, bu bir pazdır.
Sivilizasiyaya vurulan bu pazdan qurtuluş günü isə heç də yaxın zamanlar üçün görünmür. Ona görə də gəlin Dövlət Başçımızın səsinə səs verək. Birləşək. Çünki güc birlikdədir!
ABŞ-dan, Avropadan, heç Ümumdünya Səhiyyə Təşkilatından da bizə haray yoxdur. Gəlin hamılıqla maska taxaq. Bunun üçün bəlkə cəmiyyətə bir zamanların məşhur çağırışını edək: “Maska taxmayan ermənidir”.
Surxay Atakişiyev,
KONKRET.az
Cinayət sayılan o qədər böyük işlər varki…”Karonavirus”adlı heç nə yoxdu!Bakteriya yayılıb.Bu da səhhəti zəif olanlara təsir edir.