“Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə təhdidlərlə təsir etmək cəhdləri absurddur”.
KONKRET.az xəbər verir ki, bunu parlamentdəki “Məğlubedilməz Fransa” Partiyasının lideri Jan-Lük Melenşon deyib.
“Qorxutmaqla Putini geri çəkilməyə məcbur edəcəyimizi düşünmək absurddur. Biz Rusiyanı təhdid edəcək vəziyyətdə deyilik. Napoleon və Hitlerə qalib gələn ölkəyə heç kim qalib gələ bilməz”, – deyə fransız siyasətçi bildirib.
O vurğulayıb ki, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına aparan yol AES-lərin yerləşdiyi ərazilərin demilitarizasiyası üzrə danışıqlardan, həmşinin atəşkəs və sərhədlər haqqında razılaşmadan, sonda nəhayət, əhali arasında referendumdan başlamalıdır.
Burhan,
KONKRET.az
