Antoni Blinken sülh danışıqları üçün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini gözləyir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra özünün X sosial şəbəkə hesabında yazıb.
“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim. “Azərbaycan Prezidenti İlham Əliyevə dedim ki, ABŞ Mərkəzi Bankın rəhbəri və Azərbaycanın energetika nazirindən Vaşınqtona səfərlər gözləyir, dövlət katibi Blinken isə tezliklə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Bayramov və Mirzoyanı qəbul etməyə ümid edir”, – deyə diplomat bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
