Borrell: “Avropa İttifaqında heç kim Rusiya ilə döyüşmək istəmir”backend

Borrell: "Avropa İttifaqında heç kim Rusiya ilə döyüşmək istəmir"

Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell bildirib ki, Qərb silahlarından istifadə etməklə Ukraynanın Rusiya ərazisinə hücumları Moskva ilə müharibənin başlanması demək deyil.

KONKRET.az “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə Aİ-yə üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

O, bildirib ki, Avropa İttifaqında heç kim Rusiya ilə döyüşmək istəmir, çünki onunla müharibə vəziyyətində deyil.

Diplomat fikirlərini “Biz Ukraynanı dəstəkləyirik” sözləri ilə tamamlayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*