ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın tapşırığı ilə İrana qarşı yeni dəniz blokadasının tətbiqinə başlayacağını açıqlayıb.
KONKRET.az xəbər verir ki, blokada rejimi iyulun 14-ü, yerli vaxtla (ABŞ Şərq vaxtı) saat 16:00-da, Bakı vaxtı ilə isə iyulun 15-i saat 00:00-da qüvvəyə minəcək.
CENTCOM-un bəyanatına görə, blokada tədbirləri İranın limanlarına daxil olan və ya bu limanları tərk edən, eləcə də ölkənin sahil zonalarına yaxınlaşan bütün gəmiləri əhatə edəcək. Hərbi komandanlıq vurğulayıb ki, tətbiq olunan bu məhdudiyyətləri pozmayan və qoyulan tələblərə uyğun hərəkət edən beynəlxalq ticarət gəmilərinin region sularında sərbəst hərəkətinə icazə veriləcək.
Bu addım Yaxın Şərqdə artıq yüksək olan gərginliyi daha da artıra bilər və Hörmüz boğazı başda olmaqla, strateji əhəmiyyətli dəniz yollarında hərbi hərəkətliliyin pik həddə çatacağına dair proqnozları gücləndirir.
Natiq Səlim,
KONKRET.az
