“Qarabağ”ın zədəli futbolçularının son durumu AÇIQLANDI – FOTObackend

"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO

“Qarabağ” futbol klubunun düşərgəsindəki zədəli oyunçuların son durumu bəlli olub.

Bu barədə KONKRET.az Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komandanın əsas müdafiəçisi Bəhlul Mustafazadə artıq bərpa prosesinin növbəti mərhələsinə keçib. O, hazırda ümumi kollektivdən kənarda – yalnız fərdi proqram əsasında məşqlərini davam etdirir.

Komandanın gənc hücumçusu Musa Qurbanlının isə yaxın bir həftə ərzində fərdi hazırlıq prosesinə qoşulacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 17-də, Bakı vaxtı ilə gecə yarısı – saat 00:00-da baş tutacaq.

Qarabağın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*