Rusiyada enerji böhranı dərinləşir: Sızran NEZ də işini dayandırdıbackend

Rusiyada enerji böhranı dərinləşir: Sızran NEZ də işini dayandırdı

Rusiyanın neft emalı sənayesində yaşanan bu ardıcıl dayandırılmalar ölkənin enerji sektorunda ciddi bir böhrana yol açır. Sızran NEZ-in iyulun 12-də PUA hücumu nəticəsində xammal emalını tamamilə dayandırması, zavodun illik 8,5 milyon tonluq istehsal gücünün sıradan çıxması deməkdir.

KONKRET.az xəbər verir ki, müəssisənin emal gücünün 29 faizini təmin edən ilkin emal qurğusu olan AVT-5 zədələndiyi, 71 faiz gücə malik AVT-6 qurğusu isə artıq may ayından bəri qeyri-işlək vəziyyətdə olduğu üçün zavodun fəaliyyəti tamamilə iflic olub. Mənbələrin məlumatına görə, Sızran zavodu artıq Sankt-Peterburq Əmtəə-Xammal Birjasında neft məhsullarının satışını da dayandırıb ki, bu da daxili bazarda yanacaq təchizatına təsir edəcək.

Bu hadisə iyul ayı ərzində fəaliyyətini dayandıran dördüncü strateji obyekt kimi qeydə alınıb. İyulun 8-də Saratov NEZ-i, iyulun 6-da Rusiyanın ən böyük zavodu sayılan Omsk NEZ-i, iyulun 2-də isə benzin istehsalına görə ölkədə ikinci sırada olan “Nijeqorodneftorqsintez” müəssisəsi PUA hücumları nəticəsində istehsalı dayandırıb. Ümumilikdə, bu zavodların sıradan çıxması Rusiyanın yanacaq istehsalı potensialına ağır zərbə vurur və daxili bazarda qıtlıqla yanaşı, qiymət artımı riskini də kəskin şəkildə artırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*