İran Körfəz ölkələrinə xəbərdarlıq etdibackend

İran Körfəz ölkələrinə xəbərdarlıq etdi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın bəzi Körfəz ölkələrində yerləşən hərbi bazalardan İrana qarşı hücumlar üçün istifadə etdiyini iddia edərək, region ölkələrinə ərazilərinin bu məqsədlə istifadəsinə icazə verməmələri barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda ABŞ-ın son 24 saat ərzində İrana qarşı həyata keçirdiyi hücumlar qətiyyətlə pislənib. Rəsmi Tehran bu hücumların BMT Nizamnaməsinə zidd olduğunu və Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində aparılan səylərə ciddi zərbə vurduğunu iddia edib.

Bəyanatda ABŞ-ın hədəf aldığı məntəqələrin mülki obyektlər olduğu, bunun beynəlxalq humanitar hüququn pozulması və müharibə cinayəti hesab edildiyi vurğulanıb. İran tərəfi, həmçinin Vaşinqtonun mövcud razılaşmaları tam şəkildə pozduğunu irəli sürüb.

Xarici İşlər Nazirliyi ABŞ-ı Hörmüz boğazındakı vəziyyətə müdaxilə etməkdə də ittiham edib. Bəyanata görə, bu addımlar bölgədə təhlükəsizliyə və dəniz nəqliyyatının sabitliyinə mənfi təsir göstərir.

İran tərəfi bəyan edib ki, beynəlxalq hüquqa əsasən qonşu dövlətlər öz ərazilərinin üçüncü tərəflər tərəfindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadəsinə imkan verməməlidirlər. Tehran əlavə edib ki, ölkəyə qarşı hücumların həyata keçirildiyi mənbələrə cavab tədbirləri görmək BMT Nizamnaməsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində qiymətləndirilir.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*