Makrondan orduya ŞOK ÇAĞIRIŞ – Müharibəyə hazırlaşınbackend

Makrondan orduya ŞOK ÇAĞIRIŞ - Müharibəyə hazırlaşın

Fransa Prezidenti Emmanuel Makron Silahlı Qüvvələrə müraciətində ordunu qlobal təhlükəsizlik mühitindəki kəskin dəyişikliklərə uyğunlaşmağa və qarşıdakı onilliyin çağırışlarına hazır olmağa çağırıb.

KONKRET.az xəbər v erir ki, Yelisey sarayından verilən açıqlamaya görə, dövlət başçısı hərbçilərin qarşısında həm mövcud münaqişələrdə uğur qazanmaq, həm də gələcəyin genişmiqyaslı qarşıdurmalarına strateji hazırlıq görmək vəzifəsini qoyub.

Makronun çıxışında əsas vurğu Fransa ordusunun coğrafi əhatə dairəsinin və təsir gücünün qorunması üzərində qurulub. Prezident qeyd edib ki, Fransanın müdafiə qabiliyyəti Ukrayna cəbhəsində mövqelərin möhkəmləndirilməsi, Yaxın və Orta Şərqdəki müttəfiqlərə dəstəyin davam etdirilməsi, eləcə də Afrikada strateji tərəfdaş kimi nüfuzun saxlanılması ilə birbaşa bağlıdır. Bundan əlavə, Hind-Sakit okean regionundakı mövcudluğun gücləndirilməsini 2030-cu ilin qlobal təhlükəsizlik hədəflərinə çatmaq üçün həlledici amil kimi qiymətləndirib.

Fransa lideri yaxın zamanda növbəti on illik üçün milli müdafiə strategiyasını və yeni proqramını ictimaiyyətə təqdim edəcəyini elan edib. O, çıxışının mühüm hissəsini Paris və Londonun təşəbbüsü ilə formalaşdırılmış “Könüllülər koalisiyası”na həsr edərək, bu birliyi Avropanın öz təhlükəsizlik taleyini müstəqil şəkildə müəyyən etmək əzminin göstəricisi kimi xarakterizə edib. Makron vurğulayıb ki, Avropa dövlətləri artıq kənar güclərə arxalanmadan, öz suveren qərarları və məsuliyyətləri çərçivəsində müstəqil hərbi güc formalaşdırmaq yolunda inamla addımlayırlar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*