Brejnev bu adaları Yaponiyaya vermək istəyirmişbackend

Brejnev bu adaları Yaponiyaya vermək istəyirmiş

SSRİ-nin keçmiş rəhbəri Leonid Brejnev 70-ci illərin əvvəlində Yaponiyaya Cənubi Kuril adalarını verməyə hazırlaşırmış.

KONKRET.az xəbər verir ki, bu məlumatı NHK telekanalı əldə etdiyi arxiv məlumatlarına istinadən yayıb. Məlumata görə, Brejnev bunu Yaponiya ilə sülh razılaşması imzalamaq üçün etmək istəyib.

Televiziya Brejnevin planında 3 ssenari olduğunu bildirib.

Bununla belə Yaponiyanın o zamankı baş naziri Kakueya Tanakinin Moskvaya 1973-cü ildə etdiyi səfər zamanı ərazi məsələsi müzakirə edilməyib. Buna səbəb isə həmin vədə Ərəb-İsrail müharibəsinin başlaması və sovet liderinin Yaponiya məsələsindən diqqətini yayındırması olub.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*