Britaniya kralı taxtdan imtina edə bilərbackend

Britaniya kralı taxtdan imtina edə bilər

Britaniya kralı III Çarlz Danimarka kraliçası II Marqretdən nümunə götürərək istefa verə bilər.

KONKRET.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə kralın bioqrafı Fil Dampier məlumat verib.

Bioqrafın dediyinə görə, III Çarlz 73 yaşında kral olub və indi onun 75 yaşı var. Kralın səhhəti hər an pisləşə bilər.

Bundan əlavə, monarx mərhum anası II Elizabet kimi  Böyük Britaniya xalqının etimadını qazana bilməyib.

Bütün bunlara əsasən, III Karl taxtdan imtina etmək fikrini ciddi şəkildə nəzərdən keçirir və analitiklərə görə, bu ən doğru qərar ola bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*