Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ səfirlərinin onunla görüşdən kollektiv şəkildə imtinasını kobudluq kimi qiymətləndirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının “Vladimir Solovyovla axşam” proqramına müsahibəsində bildirib.
“Bu mənim üçün qapalı olan bir sirrdir. Ümumiyyətlə, bu kobudluqdur. Əgər onlar Rusiya rəhbərliyinin nümayəndələri ilə ünsiyyət imkanına belə münasibət bəsləyirlərsə, demək ki, bunda maraqlı deyillər. Hələlik kabinetlərində otursunlar və yalnız elefonla danışsınlar”, – deyə Lavrov bildirib.
Xatırladaq ki, martın 4-də Aİ ölkələrinin səfirləri Lavrova onunla görüşməkdən imtina etdikləri barədə xəbərdarlıq ediblər.
Burhan,
KONKRET.az
