Bu kurort şəhərində selfi çəkən turistlər CƏRİMƏLƏNƏCƏKbackend

Bu kurort şəhərində selfi çəkən turistlər CƏRİMƏLƏNƏCƏK

İtaliyanın Portofino kurort şəhərinin administrasiyası turistlər üçün yeni cərimələr tətbiq edib. Belə ki, şəhərdə çox uzun müddət selfi çəkdirən turistlər 275 avro cərimələnəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin iki mənzərəli yeri məhdudiyyətlərə məruz qalıb.

Məlumata görə, kurort şəhərində 500-ə yaxın insan yaşayır, lakin yayda məşhurlar da daxil olmaqla minlərlə turist gəlir.

Bildirilib ki, şəkil çəkdirən turistlərin bir yerdə toplanması şəhərin təcili xidmətləri üçün ciddi maneə yaradır.

Qeyd olunub ki, məhdudiyyətlər oktyabrın 15-dək davam edəcək, səhər saat 10:30-dan axşam 18:00-a qədər qüvvədə olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*