“Bu məsələ məni gecələr yatmağa qoymur” – Ceyk Sallivanbackend

“Bu məsələ məni gecələr yatmağa qoymur” - Ceyk Sallivan

ABŞ administrasiyası Vaşinqtonun Kiyevə dəstəyinə görə, Moskva ilə Vaşinqton arasında eskalasiya riskini hesab edir, lakin buna görə Ukraynaya hərbi yardımı dayandırmağı lazım bilmir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Bu məsələ məni gecələr yatmağa qoymur. Və belə olmasaydı, məni işdən çıxarmaq lazım idi. Çünki bu, risklərin yüksək olduğu ciddi məsələdir”, – diplomat bildirib.

“Vaşinqtonda müzakirələr əsasən iki istiqamətdə gedir. Birinci baxışın tərəfdarları deyirlər: “Rusiyanın eskalasiyası və ya nüvə silahından istifadə etməsi barədə düşünsəniz belə, siz qorxaqsınız. Bu barədə necə düşünə bilərsən?. İkinci baxışın tərəfdarlarına görə isə Ukraynaya kömək etmək üçün heç nə etmək lazım deyil, çünki bu, özlüyündə üçüncü dünya müharibəsinin baş verəcəyi deməkdir”, – Sallivan qeyd edib.

“Əksər hallarda olduğu kimi, cavab bu iki mövqe arasındadır. ABŞ-ın düzgün mövqeyi belədir. “Biz mümkün eskalasiyanı düşünməli və nəzərə almalıyıq. Digər tərəfdən, biz bununla iflic olmamalıyıq. Ukraynaya göndərdiyimiz müasir silahları nəzərə alsaq, iflic olmamışıq”, – Sallivan əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*