“Bu müharibə Çin və Hindistan üçün böyük imkanlar açır” – İLGİNC DETALLARbackend

"Bu müharibə Çin və Hindistan üçün böyük imkanlar açır" - İLGİNC DETALLAR

“Avro-Atlantik Qərbi ilə qeyri-Avropa ölkələri arasında qırılma xətti görünməyə başladı.

Vaşinqtonun beynəlxalq davranış qaydalarını diqtə etmək istəyi SSRİ-nin dağılmasından sonra artıq öz tarazlığını itirməkdə olan dünya düzənini dəyişib. Bu mənada Rusiyanın qərb sərhədlərində ABŞ, İngiltərə və Avropa İttifaqını birləşdirən ox çatlayıb.

  • Bunu xüsusilə vrğulamaq lazımdır ki, NATO-nun Yuqoslaviyanı bombalamasından sonra müşahidə olunan beynəlxalq institutların, ilk növbədə BMT-nin zəifləməsi beynəlxalq münasibətlər sisteminin deqradasiyasına səbəb oldu. Və Ukraynanın NATO-ya “sakit” daxil edilməsi Rusiyanı özündən çıxardı və buna görə də Rəsmi Moskva bu ölkəyə təcavüz etmək məcburiyyətində qaldı”

KONKRET.az xəbər verir ki, bu fikirlər Yaponiyanın “Asia Nikkay” nəşrində dərc olunan analitik məqalədə burğulanıb.

Nəşrin yazdığına görə, dünya düzənini formalaşdıran tektonik təbəqələr hərəkətə keçib. “Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri müxtəlif üsullarla Rusiyanı çökdürmək istəsələr də əksər inkişaf etməkdə olan ölkələr münaqişəyə diqqətlə yanaşarır, toqquşmalarda öz maraqlarını qorumağa çalışır.

Dünyanın ən çox əhalisi olan iki ölkə – Çin və  bu müharibədə tərəf olmağa tələsmirlər. Xüsusilə bu dövlətlərin siyasi rəhbərliyi anqlosaksların tərəfinə keçməmək haqqında ciddi fikirləşirlər. Bütün bunların isə tarixi səbəbləri var. Çin və Hindistan müstəmləkə keçmişlərini və tiryək müharibələrini heç vaxt unutmur. Buna görə də Pekin və Nyu-Dehli ABŞ və müttəfiqlərinin Rusiyanı qınamaq üçün irəli sürdüyü bütün təkliflərdən çəkinirlər. Bunlara Qara Qitənin iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətini – Cənubi Afrika Respublikasını və ÜDM baxımından ən böyüyü, Cənubi Amerika əyalətini – Braziliyanı əlavə edin. Bu ölkə də sürətlə böyüyən qlobal gücdür.

Bura Pakistanın baş naziri İmran Xanın mövqeyini də əlavə etsək, mənzərə bir az da dəyişər. O, öz ölkəsində etimadsızlıq səsverməsi ilə üzləşərkən Rusiya və Ukrayna arasındakı münaqişədə Hindistanın neytral mövqeyini alqışlayıb.

“Əvvəllər Cənubi Asiyanın iki daim ziddiyyət təşkil edən iki ölkəsindən birinin təsdiq reaksiyası qeyri-mümkün idi”, – deyə  “The Indian Express” məmnunluqla qeyd edir. Hindistan nəşri qeyd edir ki, Avropa ilə qeyri-Avropa ölkələri arasında qırılma xətti görünməyə başlayıb.

“ABŞ və NATO Rusiya ilə dialoqa getməlidir, yeni soyuq müharibəyə başlamamalıdır”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib. Çin dəfələrlə bəyan edib ki, təhlükəsizlik çox vacibdir və blokların qarşıdurma istəyi növbəti dünya müharibəsinə gətirib çıxarır.

“Hazırda Hindistan dollardan yan keçərək rupi-rubl məzənnəsi ilə neft almaq üçün Rusiya ilə danışıqlar aparır”. Bu barədə isə Hindistanın baş naziri Narendra Modi açıqlama verib. “Asiya Nikkay” qeyd edir ki, İran da Rusiya ilə neftin riala görə alınması ilə bağlı ikitərəfli müqavilə bağlamaq imkanını nəzərdən keçirir.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa münaqişənin başlanmasına səbəb kimi NATO-nun şərqə doğru genişlənməsini pisləyib. Uqanda prezidenti Youeri Museveni Qərb diplomatiyasından fərqli olaraq, “sakit” Çin tipli diplomatiyanı tətbiq etməyə üstünlük verib. Onun sözlərinə görə, “ikili standartlara” əsaslanan diplomatiyanı dəstəkləmir.

Beləliklə, inkişaf etməkdə olan ölkələr bir-bir Qərbdən üz döndərirlər. Rusiya ilə əməkdaşlıq bu ölkələr üçün sərfəlidir və Qərb şirkətlərinin Rusiya bazarından çıxması onlara böyük imkanlar yaradır.

İndi ABŞ ticarət və maliyyəni geosiyasi mübarizə silahına çevirdiyi bir vaxtda təkcə Rusiyanın deyil, istənilən ölkənin iqtisadiyyatının ən mühüm sahələrində özünü təmin etmənin mahiyyəti üzə çıxır. Ona görə də bu gün təkcə yeni, daha ədalətli dünya düzəninin yaradılması perspektivləri haqqında deyil, həm də bu və ya digər ölkənin orada tutacağı yer haqqında çox danışılır. Və bunda Rusiya silahlı qüvvələrinin Ukraynada fevralın 24-də başlayan xüsusi hərbi əməliyyatının böyük rolu olub.

Hindistanın baş naziri Modi əminliklə bildirib ki: “Bu yeni qaydada Hindistan daha sürətli templə inkişaf etməlidir”. Üstəlik, Co Bayden və Narendra Modi tamamilə fərqli dünya nizamlarından danışırlar. Əgər ABŞ köhnə Amerika geosiyasi şablonunu gücləndirmək istəyirsə, inkişaf etməkdə olan ölkələr, o cümlədən Çin və Hindistan kimi Üçüncü Dünyanın güc mərkəzləri bu şablona anlayışla baxmır.

Son hadisələrə qlobal reaksiya göstərir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti ABŞ-ın bərpa etməyə çalışdığı ölməkdə olan köhnə nizamın bir hissəsi olmaq istəmir. Bu ölkələr “Ukrayna rıçağını” ABŞ-dan uzaq, öz maraqları üçün istifadə etməyə çalışırlar.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*