Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsindən çıxır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, prezident Siril Ramapos qərarı belə izah edib:
“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsindən çıxmaq qərarı “Cənubi Afrika Respublikasının müəyyən vəziyyətlərlə bağlı tərəfsizliyi ilə izah olunur”.
Daha əvvəl də Cənubi Afrika hakimiyyəti 2023-cü ilin avqustunda BRICS sammiti zamanı ölkəyə səfər edəcək Putinin həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderinə əməl etməyəcəklərini bildirib.
Qeyd olunur ki, 2015-ci ildə CAR Sudan prezidenti Ömər əl-Bəşirin ölkəyə səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına əməl etməkdən imtina edib.
Günel Mikayılova,
KONKRET.az
