Bu ölkə vətəndaşlarının sərhədkeçmə sənədlərin etibarlılıq müddəti otuz gün olmalıdırbackend

Bu ölkə vətəndaşlarının sərhədkeçmə sənədlərin etibarlılıq müddəti otuz gün olmalıdır

Aprelin 1-dən Azərbaycan və Türkiyə vətəndaşları, həmçinin biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər. Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri – şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdırlar.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov rəsmi “Facebook” səhifəsində məlumat verib.

Qeyd edilib ki, hər iki ölkənin ərazisindən üçüncü (digər) ölkələrə və üçüncü (digər) ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportlardan istifadə edilməsi məcburidir.

Bir tərəfin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətə qalmaq istəyən digər tərəfin vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər. Hazırda bu müddət doxsan gündür.

Şəxsiyyət vəsiqəsi ilə yaşamaq icazəsi üçün müraciət olunması nəzərdə tutulmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*