Xırdalanda arvadına 15 bıçaq zərbəsi vuran şəxsə 8 il HƏBS CƏZASIbackend

Xırdalanda arvadına 15 bıçaq zərbəsi vuran şəxsə 8 il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən şəxs Zaur Hətəmovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə 2025-ci ildə saat 19:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən “Uğur Market”in yaxınlığında baş verib.

Belə ki, Zaur Hətəmov həyat yoldaşı, zərərçəkmiş Hicran Səlimovanın əxlaqsızlıqla məşğul olduğunu zənn edərək onunla mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs ictimai yerdə, insanların gözü qarşısında nalayiq ifadələr işlədib. Daha sonra üzərində gəzdirdiyi bıçağı çıxararaq qadına hücum edib.

Zaur Hətəmov xuliqanlıq niyyəti ilə Hicranın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 15 dəfə bıçaq zərbəsi vurub.

İttiham aktında bu xəsarətlərin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olduğu qeyd edilib.

Məhkəmədə Zaur Hətəmov özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilib. O qeyd edib ki, hadisə zamanı Hicran onun arvadı olub, hazırda isə rəsmi qaydada boşanıblar: “2025-ci il tarixdə Könülə zəng edərək Hicran barəsində nə bildiyini soruşdum. O da əvvəllər arvadım haqqında hər şeyi danışacağını dedi. Həmin dövrdə də Hicranla ayrılmaq ərəfəsində idim. Sonra Könül vaxtının olmadığını, əvvəlcə rəsmi qaydada boşanmağımızı, ardınca hər şeyi danışacağını söylədi. Həmçinin Hicran barəsində nəsə öyrənmək istəyərəmsə, Lökbatan ərazisində yerləşən “Balıq evi”ndə Müşfiq adlı şəxsin olduğunu və onun hər şeyi danışacağını dedi. Sonradan bütün bunların qurma olduğu məlum oldu. Belə ki, təcridxanada olarkən bacılarım Könülün səs yazılarının olduğunu və həmin yazılarda “mənim ailəm dağılıb, istəyirəm ki, onların da ailəsi dağılsın” dediyini çatdırdılar. Könül qaynımın arvadı, yəni Hicranın qardaşının həyat yoldaşı olub. Könül mənə Hicranın guya əxlaqsızlıqla məşğul olduğunu və sair bu kimi sözlər söylədi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*