Bu ölkə yandırılan ölülərin külündən əldə edilən qiymətli metalları satışa çıxarıbbackend

Bu ölkə yandırılan ölülərin külündən əldə edilən qiymətli metalları satışa çıxarıb

Yaponiya yandırılan ölülərin külündən çıxarılan qiymətli metalların satışına başlayıb. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nikkei araşdırmasına görə ölkədə hər il 1,5 milyondan çox insan ölür, onların əksəriyyəti yerli krematoriyalarda yandırılır.

Mərhumun külünün qalıqları və sümükləri adətən ailələrə verilsə də, qalan küllərlə rəftar qaydası qanunla tənzimlənmir.

Ölünün diş plomlarında qızıl və palladium, həmçinin sümük implantlarında titan olur ki, bunlar da yandırılan cəsədin külündən ayrılır. Yaponların ənənəvi kotsuage ritualına görə, ailə xüsusi çubuqlardan istifadə edərək külü qaba toplayır, ailə məzarına qoymazdan əvvəl 49 gün evdə saxlayır.

Nikkeinin sorğu nəticələrinə görə, iyul ayında 88 böyük şəhərin 42-i ölülərin külündən toplanmış metalın satışını həyata keçirib. Onların əksəriyyəti bu təcrübəyə 2010-cu ildən başlayıb və 2023-cü ildə ümumi satış gəliri 6,49 milyard yen (təxminən 45 milyon dollar) təşkil edib. 2023-cü ildə bu yolla əldə oluna gəlir 2019-cu illə müqayisədə 3,4 dəfə artıb, buna səbəb isə ölüm halları və metal qiymətlərinin artması olub.

Kioto 2023-cü ildə 303 milyon yen gəlirlə lider olub, vəsaitin krematoriyaların modernləşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Yaponiyada krematoriyaların təxminən 97%-i hökumətə məxsusdur. Küldən metal satışı ilə məşğul olan şəhərlərin 45%-i bu barədə öz sakinlərinə məlumat verib. Sorğuda iştirak edən respondentlərin təxminən 30%-i mərkəzi hökumətin belə metalların satışı ilə bağlı qaydaların işlənib hazırlanmasının zəruri olduğunu bildirib.

Ayla Günəş, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*