Almaniyada marixuananı leqallaşdırmağa başlayıblar.
KONKRET.az bildirir ki, Almaniyanın koalisiya hökuməti ölkədə marixuananın leqallaşdırılması planı üzərində razılığa gəlib.
Ehtimal olunur ki, Almaniyanın yetkin vətəndaşları 2024-cü ildən qanuni olaraq marixuanadan istirahət məqsədləri üçün istifadə edə biləcəklər.
Marixuananın leqallaşdırılması Sosial Demokratlar (SPD) və liberal Azad Demokratlar (FDP) ilə birlikdə hakim koalisiyaya daxil olan Almaniya Yaşıllar Partiyasının seçki vədlərindən biri idi.
