Bu şəhərdə elektrikli skuterlər qadağan olundubackend

Bu şəhərdə elektrikli skuterlər qadağan olundu

Sentyabrın 1-dən Parisdə elektrikli skuterləri icarəyə götürmək mümkün olmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Paris hakimiyyəti elektrikli skuterləri icarəyə götürən üç özəl operatorla müqaviləni yeniləməmək qərarına gəlib. Beləliklə, Fransanın paytaxtı elektriklə işləyən skuterlərdən istifadəyə qadağa tətbiq edən ilk Avropa şəhəri olub.

Bu qərar şəhərin elektrik skuterlərindən istifadəyə dair referendumun nəticələrinə əsaslanır. Səsvermədə 100 mindən çox Paris sakini iştirak edib. Aprelin 2-də keçirilən referendumda iştirak edənlərin 89%-i qadağanın lehinə səs verib.

2022-ci ildə Parisdə elektrikli skuterlərdə 400 min gəzinti qeydə alınıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*