Gələn ildən pensiyaların 400 manatdan yüksək olacağı proqnozlaşdırılır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dünən Milli Məclisdə dediklərinə əsasən, median pensiya artımını 400 manatın üzərində gözlənilir.
KONKRET.az xəbər verir ki, median pensiya artımı ölkədəki pensiyaların artımının mərkəzi tendensiyasını göstərən statistik göstəricidir.
Yəni orta göstərici 400 manatdırsa, bu pensiya alanların yarısının 400 manat və ondan aşağı pensiya alacağı deməkdir.
“Burada rəqəm dəqiqdir, əlavələr yoxdur”.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ildən median pensiya 167 manat olub./milliaz