Pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.
KONKRET.az bizim.media-ya istinadla xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən şəxsin 6 ildə pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ pensiyaya əlavə olunur”.
Deputat məsələnin izahına uyğun nümunə də verib:
“Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir”.