Çaldıran döyüşü o şəxsə görə baş verdi – Şahın şok məktububackend

Çaldıran döyüşü o şəxsə görə baş verdi - Şahın şok məktubu

Bu gün böyük Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin anım günüdür.

KONKRET.az xatırladır ki, Böyük İsmayılın vəfatından sonra 52 il Azərbaycana rəhbərlik etmiş I Təhmasib 1576-cı il mayın 14-də vəfat edib. Hakimiyyəti dönəmində Səfəvilər İmperiyasını daha da möhkəmləndirən şah, həmçinin, Osmanlı ilə sülh məsələsinə, qardaşlıq siyasətinə xüsusi önəm verib. Təsadüfi deyil ki, şah dəfələrlə Osmanlıya sülh üçün müraciət edib, qardaş qırğınının iki tərəfə də fayda verməyəcəyini deyib.

Tarixi faktlara baxanda bunu daha aydın görmək olur.

Mənbələrdə yazılır ki, 1548-ci ildə Sultan I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi aldı, amma Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə I Təhmasib sultana elçi göndərərək sülh təklif etdi, lakin sultan qəbul etmədi və belə olduqda Şah Təhmasib 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınlığında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu.

Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, lakin uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı ilə Səfəvi arasında sülh müqaviləsi bağlandı.

Şah Təhmasib öz xatirələrində Səfəvilərlə Osmanlı arasında gedən döyüşləri iki müsəlman və qardaş qrup arasındakı qanlı döyüş adlandırıb və müsəlman ümmətinə bunu rəva görmədiyini deyib. Hətta atasının osmanlılarla apardığı mübarizələri ətrafındakıların onu bu işə sövq etmələri ilə əlaqələndirib.

O öz xatirələrində yazır:

“Mən onun (Osmanlı sultanını nəzərdə tutur) məktubuna cavabımda yazdım: “Axı iki müsəlman qoşununun biri-birinin qanını tökməyə və onları təhlükə ilə qarşı-qarşıya qoymağa necə fitva verə bilərəm?” Atam atanızla müharibə etdiyi zaman ətrafındakı bütün əmir və əsgərlər məst olublar. Onlar axşamdan səhərədək şərab içib, müharibə əhval-ruhiyyəsində olublar. O gündən bəri Çaldıran döyüşü barədə söz düşdükdə atamı aldadıb müharibəyə təhrik etdiyi üçün Dərmiş xana lənət oxuyuram”.

Sonralar Təhmasiblə Sultan Süleyman arasındakı münasibətlər o qədər yaxşılığa doğru gedir ki, 1556-cı ildə İstanbulda Süleymaniyyə məscidi inşa olunduqda Təhmasib Sultan Süleymana göndərdiyi məktubda məscid üçün istənilən qədər xalça göndərə biləcəyini yazır. Məlum olduğu kimi, Təhmasib şahın özü də rəssamlıqda xüsusi bacarığa malik olub və o dövrün bir çox məşhur rəssamından dərs alıb.

Növbəti illərdə Təhmasib şah tərəfindən İstanbula bir neçə heyət göndərilir və onlar Osmanlı sultanına taxta çıxması münasibətilə bahalı hədiyyələr təqdim edirlər.

Kult.az

  • Garachanta
    May 15, 2021 - 09:16

    Bu tarixi kim yazıb? İsgəndər Pala “Şah və Sultan” əsərini oxuyun. Səfəviləri aldadıb Osmanlıya qarşı müharibəyə sövq etdirən Avropa olub. O dövrdə Osmanlı artıq Avropanı tam almaq üzərə olduğu bir vaxtda Avropa (İspaniya, Portuqaliya və d.) Səfəvilərə elçi göndərib Şahı aldadırlar ki Osmanlı hücum edəcək. Məqsəd Osmanlını Avropadan yayındırmaq və onun gücünü zəiflətmək idi. Səfəvilərin bu tarixi dəqiq araşdırılmalı və üzə çıxarılmalıdır. Acı və ya Şirin olsa da Tarix necə var elə yazılmalıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*