“Mənim qalmaqallarım həmkarlarımla deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan “7 Canlı” şou proqramında qonaq olan aktrisa Pərvin Abıyeva deyib.
30 yaşlı aktrisa ona sosial şəbəkələrdə mənfi rəy yazanlarla mübahisə etdiyini bildirib:
“Həmişə deyirəm ki, cavab yazmayacam, danışmayacam. Lakin çox emosional insanam.Özümə ya da, başqasına qarşı haqsızlıq görəndə susa bilmirəm. Canlı yayımda gözümü yumub, ağzımı açıram.
Sonra da düşünürəm ki, bəs özümə söz vermişdim. Kiməsə sataşmıram, söz atmıram. Hətta adamlar var danışır, sonra deyir ki, cavab verməyi üçün belə söylədim”.
