İcra başçısı Namiq Zeynalov saxlanılaraq Bakıya gətirilir. Hazırda İcra Hakimiyyətində əməliyyat davam etdirilir.
***
12:07
KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, İH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanılıb.
***
11:50
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
KONKRET.az Sabah.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.
Şəhid, qazi və ümumilikdə millətimizə xor baxan məmurlara da bu qismət olsun.
Əgər məlumat təsdiqini taparsa, onun cəzasını Murov dağının tam dikindəki postda çəkməyə məcbur etmək lazımdır. Qoy getsin təmiz havada xidmət etsin. Cəlilabadın havası ona çox pis təsir edir