Cennifer Lopez boşanır: “Qısqanclığı ərini bezdirmişdi”backend

Cennifer Lopez boşanır: “Qısqanclığı ərini bezdirmişdi”

Məşhur amerikalı çütlük – müğənni Cennifer Lopez və Hollivud aktyoru Ben Afflek boşanma ərəfəsindədir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mənbə müğənninin artıq kinoaktyor olan əri ilə birgə yaşamadığını iddia edib.

“Ben artıq başqa evə köçüb. Cenniferin özü də indi yeni ev axtarır. Ulduzlar müştərək evlərini satmaq qərarına gəliblər. Halbuki, bu evin axtarışı onların iki illik vaxtını almışdı”.

Mənbənin sözlərinə görə, iddia edilən ayrılığın səbəbkarı Cenifer olub. O, qısqanclıq üzündən həmişə sevimli ərini nəzarətdə saxlamağa çalışıb, Ben Aflik isə bu durumla barışa bilməyib.

“Onlar hələ də bir-birlərini sevirlər, amma artıq birlikdə yaşaya bilmirlər. Bu, əbədi davam edə bilməzdi”, – deyə mənbə vurğulayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*