Cənubi Koreyadan 37 min insan deportasiya edildibackend

Cənubi Koreyadan 37 min insan deportasiya edildi

2023-cü ilin birinci yarısında Cənubi Koreyada qeyri-qanuni yaşayan 37 min əcnəbi deportasiya edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Ədliyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə, ölkədə qeyri-qanuni yaşayan və işləyən əcnəbilərin məcburi qaytarılması kampaniyası çərçivəsində 20 427 əcnəbi saxlanılıb, 4 658 qeyri-leqal işəgötürən məsuliyyətə cəlb edilib, 18 157 nəfər isə könüllü geri qaytarılıb.

Beləliklə, 8645 Tailand, 3923 Vyetnam, 2597 Çin, 826 Monqolustan, 678 Qazaxıstan, 474 Rusiya, 468 Filippin, 402 Özbəkistan və 2414 başqa ölkə vətəndaşı deportasiya edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*