“Qarabağ” Ukrayna klubuna böyük hesabla məğlub oldubackend

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. “Köhlən atlar”ın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Avstriyanın “Tirol” komandasını 4:0 hesabı ilə məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*