Ekspertdən gözlənilməz açıqlama: İmtahan sualları abituriyentləri çaşdırmağa hesablanıbbackend

Ekspertdən gözlənilməz açıqlama: İmtahan sualları abituriyentləri çaşdırmağa hesablanıb

Son illərdə ali məktəblərə qəbul imtahanlarında maksimum – 700 bal toplayan abituriyentlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Halbuki əvvəlki illərdə yüksək nəticə göstərənlərin sayı daha çox idi. Bu tendensiya cəmiyyətdə müzakirələrə səbəb olub. Bəziləri bunu imtahan suallarının mürəkkəbləşməsi ilə əlaqələndirir, digərləri isə problemin kökündə məktəblərdəki tədris keyfiyyəti və qiymətləndirmə meyarlarının dayandığını düşünür.

Bəs 700 bal toplayanların sayının azalmasının əsl səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son beş ilin statistikası göstərir ki, 2023 və 2024-cü illərdə həm buraxılış, həm də blok imtahanlarının nəticələri abituriyentlər üçün daha uğurlu olub. Lakin əvvəlki illərdə olduğu kimi, bu il də nəticələr ürəkaçan deyil.

Subbakalavrlara distant təhsil alma imkanları yaranacaq" - Məzahir Məmmədli

Ekspertin sözlərinə görə, bu il yalnız I ixtisas qrupu üzrə bir nəfər 700 bal toplayıb, digər qruplarda isə yüksək nəticə göstərənlərin sayı ötən illərlə müqayisədə xeyli azdır.

Məzahir Məmmədli hesab edir ki, bunu yalnız məntiqi sualların çoxluğu ilə izah etmək düzgün deyil:

“Burada Dövlət İmtahan Mərkəzinin test bankını hazırlayan müəlliflərin də rolu var. Sualların tərtibatında məntiqə əsaslanan və abituriyentləri çaşdırmağa hesablanmış tapşırıqların sayı artır. Bu isə nəticələrə birbaşa təsir göstərən amillərdəndir. Halbuki ümumtəhsil məktəblərində məntiq ayrıca fənn kimi tədris olunmur. Belə olan halda, məntiq yönümlü sualların geniş yer alması müəyyən suallar doğurur.”

Ekspert qeyd edib ki, bu il yüksək nəticə göstərənlərin sayının cəmi beş nəfər olması qəbul prosesində də öz təsirini göstərəcək.

Onun fikrincə, bəzi ixtisas qruplarında keçid ballarının aşağı düşməsi, eyni zamanda, daha çox abituriyentin ikinci cəhd imtahanına üz tutmasına səbəb ola bilər.

Məmmədli əlavə edib ki, ikinci cəhd imtahanlarının ödənişli olması da bu prosesin diqqət çəkən tərəflərindən biridir və bunun Dövlət İmtahan Mərkəzinin maraqları baxımından da qiymətləndirildiyini bildirib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*