Rusiya və Ermənistan arasında etimadsızlıq: Kritik görüşün detalları bəlli oldubackend

Rusiya və Ermənistan arasında etimadsızlıq: Kritik görüşün detalları bəlli oldu

“Paşinyan–Putin görüşündə əsas mövzu Ermənistan–Rusiya münasibətlərində yaranmış etimadsızlığın idarə olunması olacaq. Moskva Ermənistanın Qərbə və Aİ-yə yaxınlaşmasından narahatdır, İrəvan isə təhlükəsizlik məsələlərində Rusiyaya əvvəlki kimi tam güvənmir”.

Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Bu baxımdan KTMT, Rusiya hərbi mövcudluğu, sərhəd təhlükəsizliyi, silah təchizatı və Ermənistanın balans siyasəti müzakirənin mərkəzində dayana bilər. Digər mühüm istiqamət Cənubi Qafqazda yeni regional düzənin formalaşmasıdır. Azərbaycanla sülh prosesi, kommunikasiyaların açılması, Türkiyə ilə normallaşma, Zəngəzur dəhlizi və iqtisadi-logistik layihələr bu görüşdə gündəmə gələ bilər”.

Politoloq əlavə edib ki, Rusiya çalışacaq ki, regiondakı təsir rıçaqlarını tam itirməsin, Paşinyan isə həm Moskva ilə münasibətləri qırmadan, həm də Qərblə yaxınlaşmanı davam etdirərək Ermənistan üçün manevr sahəsi saxlamağa çalışacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*