Dünya yanır, 20 ay əvvəl Rusiya Ukraynanı işğal etdi, 6 həftə əvvəl HƏMAS İsrailə vəhşicəsinə hücum etdi və 1400 israillini öldürərək münaqişəyə başladı.
KONKRET.az xəbər verir ki, bunu Amerikanın Səsi radiosuna müsahibəsində amerikalı konqresmen Cim Kosta deyib.
Onun sözlərinə görə, ABŞ və Avropalı müttəfiqlər bir araya gələrək ölkələri masa arxasına oturmağa, münaqişələrdən qaçmağa və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə məcbur etməyə çalışmaq üçün strateji plan hazırlamalıdır.
Rusiyanın Cənubi Qafqazda vicdanlı vasitəçi olub-olmayacağına toxunan Kosta belə cavab verib: “Mən belə düşünmürəm. Rusiyaya inamımı itirdim. Rusiya Ukraynanı işğal etməklə əvvəllər imzalanmış müqavilələri pozdu. Rusiya xeyir ilə şər arasındakı fərqi nümayiş etdirir. Putin pisdir, Ukraynadan 30 minə yaxın günahsız uşağı qaçırıblar. Məktəblər, uşaq bağçaları və mülki şəxslər bombalanıb. Putin hərbi cinayətkardır və ona etibar etmək olmaz.
Ariz Həsənoğlu,
KONKRET.az